Müğənni Bahar Lətifqızı şəxsi həyatından danışıb. Lent.az-ın məlumatına görə, həyat yoldaşından boşanan ifaçı "Şou ATV" verilişində deyib ki, qızı atasını görmək istəmir:
"Uşağım atasını görmək istəmir. Ona necə travma yaşadım? Mən özüm də elə olmuşam. Atam internat məktəbinə gələndə tüpürürdüm ki, get. Onu istəmirdim. Deyirdim, ya məni buradan aparın, ya da mənim yanıma gəlməyin.
Uşağım istəmir, telefonu məcbur verirəm ki, atanla aramızdakı problem sənlik deyil. Könlü balıq istəyən, quyruğu suda olar. Övladını istəyən ata başqadır. Mən bir şey istəyirəmsə, sonunda ölüm varsa da, edəcəm".
Qeyd edək ki, Baharın ilk nikahdan qız, ikinci evliliyindən oğlan övladı var.